Qazaxıstan milli komandasının baş məşqçisi Maqomed Adiyev postunu tərk edib.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis öz istəyi ilə işindən ayrılıb. Bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
46 yaşlı məşqçi ailə məsələlərinə görə millidən ayrılıb.
Maqomed Adiyev 2022-ci ilin aprem ayından yığmaya başçılıq edirdi.
Qeyd edək ki, Qazaxıstan seçməsi 11 iyun tarixində Azərbaycan millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
saytlarin hazirlanmasi