"Əl-Nəssr"in futbolçusu Kriştiano Ronaldonun klubdan ayrılacağı ilə bağlı xəbərlər var idi.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin idman direktoru Quido Fienqo məsələ ilə bağlı açıqlama verib. Klub rəsmisi "Ronaldonun qanı artıq sarıdır. Növbəti mövsümdə bizimlə birlikdə davam edəcək" - deyə bildirib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvar ayından "Əl-Nəssrd"də çıxış edir. 29 yaşlı hücumçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 45 rəsmi matçda 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi