Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, yığmanı Stanislav Çerçesov çalışdıracaq. Bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Rusiyalı mütəxəssislə imzalanan müqavilənin detalları haqda məlumat verilməyib. Çerçesov bu postda Maqomed Adiyevi əvəz edib.
Qeyd edək ki, Stanislav Çerçesovun adı Azərbaycan millisi ilə hallanırdı.
saytlarin hazirlanmasi