Albaniya milli komandası sabah Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Sportal.az xəbər verir ki, Avro-2024-ün iştirakçısının baş məşqçisi oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Braziliyalı mütəxəssis
"Biz Avropa çempionatına hazırlaşırıq və cədvəl üzrə iki yoldaşlıq oyunu keçirəcəyik. Bu, bizim üçün, texniki heyət, oyunçular üçün çox sürətli iş prosesidir. Avropa çempionatına hazırlaşmaq üçün 3-4 həftə bir yerdə olmuruq. Yoldaşlıq oyunları da daxil olmaqla 7 gündür məşq edirik. İtaliya ilə oyuna hələ bir neçə günümüz var. Azərbaycanla matçda az oynayan futbolçulara şans vermək vacibdir. Müdafiədəki problemlər üzərində işləməliyik. Avropa çempionatına az vaxt qalmasına baxmayaraq, biz yalnız Azərbaycanla matçı düşünürük. Azərbacaycan millisi bizi çətin vəziyyətə sala bilər".
Qeyd edək ki, Albaniya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da Macarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi