Azərbaycan klubu nigeriyalı baş məşqçi ilə yollarını ayırdı

13:31 - 7 İyun 2024

"Şəki" basketbol klubu Aleksander Uco ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, nigeriyalı baş məşqçi ilə müqavilə müddəti uzadılmayıb. "Şəki" yeni baş məşqçisinin adını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, "Şəki" ötən mövsüm Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və komanda Azərbaycan Basketbol Liqasında sonuncu - 10-cu yeri tutub.

Xəbər xətti