Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. Toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlər də müzakirə olunub. Azərbaycanın bir nömrəli futbol qurumu strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edəcək.
Sportal.az xəbər verir ki, "Sportliqa.az" həmin şirkətlərdən biri olan "Double Pass"la bağlı kiçik araşdırma apararkən maraqlı məqam üzə çıxıb.
Sən demə, bu kompaniya Ermənistan Futbol Federasiyası ilə də əməkdaşlıq edir. Belə ki, tərəflər arasında ötən ilin 23 oktyabrında anlaşma memorandumu imzalanıb. 2004-cü ildə əsası qoyulan "Double Pass" şirkəti hazırda Belçika, Polşa, İspaniya və Ermənistanın futbol federasiyaları ilə əməkdaşlıq edir.
saytlarin hazirlanmasi