İntizam Komitəsi 2 futbolçuya 4 oyunluq cəza verdi

20:35 - 7 İyun 2024

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının 16 nömrəli futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 40.3);

05 iyun 2024-cü il tarixində II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+5-ci dəqiqəsində “Şəfa” komandasının 23 nömrəli futbolçusu Nicat Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3).

Xəbər xətti