Slovakiyanın U-21 yığma komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycan üzərində yoldaşlıq görüşündə qazanılan qələbəni (3:2) şərh edib.
Sportal.az xəbər verir ki, yerli futbol federasiyasının rəsmi saytına danışan slovakiyalı mütəxəssis bunları deyib:
“Azərbaycanla matçda iki fərqli hissə izlədik. Birinci hissə yaxşı keçdi, ikinci hissədə isə diqqət etməli məqamlar oldu. Ümumilikdə Azərbaycana qarşı oyunumuzdan narazı qaldım. Hazırda pis emosiyalar keçirirəm, çünki ikinci hissədə oyunumuz çox pis keçdi və bu, mənim matçla bağlı təəssüratımı korladı”.
saytlarin hazirlanmasi