Minifutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Davud Kərimi Sportal.az saytına müsahibə verib.
- Millimiz Avropa çempionatındakı çıxışını erkən başa vurdu. Səncə, niyə Qazaxıstanı keçə bilmədiniz?
- Bəli, turnirdəki iştirakımızı erkən başa vurduq. Çünki Qazaxıstan bizimlə qapalı futbol oynadı. Qazaxıstan bizdən qorxurdu. Bilirdilər ki, onlardan güclüyük. Ondan öncəki gündə futbolçularımız çox güc itirmişdi. Bəlkə də həmin amil də təsirini göstərdi. Oturuşmuş müdafiəni yara bilmədik. Sonda da penaltilər seriyasında uduzduq.
- Maraqlıdır ki, dünya çempionatında da qazaxlar millimizin finala çıxmasının qarşısını almışdı. Qazaxıstan niyə bizim üçün keçilməz rəqibə çevrilib?
- Buna səbəb odur ki, bizimlə oyunlarda açıq futbol oynamırlar. Bizə qarşı əks-hücum futbolu oynayırlar. Yaxşı anlayırlar ki, bizimlə açıq futbol oynasalar, onları məğlub edəcəyik. Ona görə də qapalı futbol oynayırlar. Dünya çempionatında da, budəfə də qazaxlara uduzduq. Necə ki, biz Rumıniyanı uduruq, onlar üçün sevimli olmayan rəqibə çevrilmişik, qazaxlar da bizim üçün elədir.
- Ümumiyyətlə, bu il sanki ilk turlardan millimiz oyunlarda çətinlik çəkirdi. İnam yüksək idi ki, Avropa çempionu olacaqsız? Yoxsa, hardasa bir az düşüncəli idiz ki, olmaya bilər?
- Hər il çempion olmaq, titul qazanmaq olmur. İldən-ilə komandalar güclənir. Bizim qrupumuzdan çıxaq üç komanda 8 komanda arasında idi. Qrupumuz da güclü idi. Avstriya olsaydı, ən zəifi onlar seçilərdi. Amma Belçika gələrək qrupumuzu daha da gücləndirdi. Belçika turnirin favoritlərindən olan Slovakiyanı keçə bildi. Qrupumuz güclü olduğu üçün oyunlarımız çətin keçdi.
- Qazaxıstanla görüşdə nə onlar, nə də bizim qapıçılar bir top çıxara bilmədi. Minifutbolda bunu etmək çox çətindir?
- Yaxın məsafədən vurulan toplar çətin olur. Onlar da yaxşı vurdu, biz də yaxşı vurduq. Xeyirlisi, qismət. Penaltilər lotoreyadır da. Kim istəməzdi ki, qalib gəlsin? Mən də qapıda dayandım, Vəli Qafarov da. O da istəyirdi, mən də istəyirdim ki, penaltilərdən bir neçəsini çıxaraq və yarımfinala yüksələk.
- Yəqin ki, özünüz üçün gözlənilməz və bir o qədər də üzüntülü oldu? İndi sakit düşünəndə, səncə niyə alındıra bilmədiniz?
- Dəhşətli dərəcədə çox üzüldük. Açığı, bunu qəbullana bilmirik. Artıq neçə gün keçib, hələ də pis durumdayıq. Biz Bosniya və Herseqovinaya medal qazanmaq üçün gəlmişdik. Çünki biz Avropanın ən güclü komandalarından biri idik. Alınmadı. Nə qismət idisə, o da oldu.
- Növbəti dünya çempionatı Bakıdadır. Səncə, ən azından paytaxtdakı dünya çempionatında qaib olmaq imkanımız var?
- Özünüz görürsüz, ildən-ilə komandalar güclənir. Biz çempion olan ildəki Portuqaliya, İspaniya və Fransa çox güclənib. Fransa yarımfinala qədər irəlilədi. Onları misal çəkirəm. Monteneqro və Belçikanı da qeyd edərdim. Dünya çempionatına ciddi hazırlaşacağıq ki, ölkəmizdə çempion olaq.
Mirbağırağa
saytlarin hazirlanmasi