Fatih Terimlə yollarını ayıran "Panatinaikos"un yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisini Dieqo Alonso çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı uruqvaylı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Dieqo Alonso məşqçilik karyerası ərzində "Sevilya", "İnter Mayami" və Uruqvay milli komandasını çalışdırıb.
saytlarin hazirlanmasi