Xorvatiya millisinin qapıçısı Almaniya klubunda

11:48 - 13 İyun 2024

Xorvatiya millisinin qapıçısı Nedilko Labroviç Almaniya Bundesliqasında çıxış edəcək.

Sportal.az xəbər verir ki, o, “Riyeka”dan “Auqsburq”a keçib.

Bu barədə klubun məbuat xidməti məlumat yayıb.

Transfer məbləği 2,5 milyon avro təşkil edib. Ötən mövsüm 24 yaşlı qolkiper “Riyeka”nın heyətində 41 oyun keçirib, 35 qol buraxıb və 20 görüşdə qapısını toxunulmaz saxlayıb.

Labroviç Xorvatiya millisinin AVRO-2024 üçün heyətinə daxil edilib.
 

Xəbər xətti