“Əl-Hilal”ın futbolçusu Neymar “Flamenqo”da oynamaq arzusunda olduğunu bildirib.
Sportal.az xəbər verir ki, “RMC Sport”a danışan braziliyalı vətəninə qayıtmaq haqda olduğunu söyləyib:
“Həmişə demişəm ki, “Flamenqo”da oynamaq istəyirəm. Aydındır ki, bu mənim ikinci sevimli komandamdır, çünki birincisi “Santos”dur. Məşq etdiyim və uşaqlıqdan azarkeşi olduğum kluba hörmətlə yanaşıram, amma “Flamenqo”nu çox sevirəm. Bir gün burada oynaya bilsəm, əlbəttə ki, çox məmnun olaram. Bunun nə vaxtsa baş verib-verməyəcəyini bilmirəm, ancaq Allah bilir. Hələ də “Əl-Hilal”la müqaviləm var, amma gələcəyin bizi nə gözlədiyini heç kim bilmir”.
saytlarin hazirlanmasi