Monteneqro millisinin 26 yaşlı qolkiperi Matiya Sarkiç dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, Sarkiçin xəstəlikdən vəfat etdiyi bildirilir.
Monteneqrolunun bu gün səhər saatlarında Budvadakı evində vəziyyəti pisləşib. Dostları təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb.
Sarkiç ötən həftə Monteneqro yığmasının heyətində Belçikaya qarşı çıxış etmişdi.
O, "Aston Villa", "Viqan", "Livinqston", "Vulverhempton", "Birmingem", "Stok Siti" klublarında oynadıqdan sonra ötən mövsüm "Milloul"a keçmişdi.
saytlarin hazirlanmasi