Milli komandanın baş məşqçisi istefaya göndərildi

14:33 - 21 İyun 2024

Uels Futbol Federasiyası milli komandanın baş məşqçisi Robert Peyclə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis istefaya göndərilib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Uelsli məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Robert Peyc 2020-ci ilin noyabr ayından Uels yığmasına rəhbərlik edirdi.

Xəbər xətti