"Qarabağ" və "Zirə"nin oyunlarının vaxtı bilindi

17:21 - 9 Sentyabr 2024

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq.

Oyunları məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.

Xəbər xətti