"Çelsi" hücumçusunu Türkiyə klubuna icarəyə verdi - RƏSMİ

12:57 - 14 Sentyabr 2024

"Çelsi" hücumçusu David Datro Fofananı icarəyə verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fil Dişi Sahili milli komandasının üzvünü "Göztəpə"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı forvard 2024/2025 mövsümünü İzmir təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı 2023-cü ilin yanvar ayında Norveçin "Molde" klubundan transfer edib. Gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Börnli"də transfer edib.


Xəbər xətti