"Qalatasaray" üç xalı 5 qolla qazandı - VİDEO

11:03 - 15 Sentyabr 2024

Türkiyə Super Liqasında 5-ci tura start verilib.

Sportal.az xəbər verir ki, "Qalatasaray" "Rizespor"u qəbul edib. Matç İstanbul təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.  

"Qalatasaray"ın qollarını Davinson Sançez, Abdülkerim Bardakçı, Sara, Dris Mertens və Barış Alper Yılmaz vurub. 

"Qalatasaray" 4 tura maksimum xal toplayaraq turnir cədvəlində liderdir. 

Xəbər xətti