Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edir.
Komandaların saat 21:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlayacaq.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. Azərbaycanlı forvard Almaniya təmsilçisinin heyətində 4 qol vurub.
saytlarin hazirlanmasi