"Zirə"nin və Azərbaycan millisinin forvardı Rüstəm Əhmədzadənin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyununda (4:0) zədələnən hücumçunun zədəsinin əvvəl bildiriləndən daha ciddi olduğu üzə çıxıb.
“Qartallar”ın futbolçusu komandaya əvvəlcədən planlaşdırıldığı kimi ayın sonuna qədər deyil, bu ilin sonuna kimi kömək edə bilməyəcək.
Əhmədzadə yalnız yanvar ayında meydanlara qayıda biləcək.