"Milan"ın futbolçusu Teo Ernandes mövsümün sonunda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Real" fransalı sol cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Milan" 27 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Klub rəhbərliyi müqaviləsi 2026-cı ilin yayında başa çatan müdafiəçi üçün 50 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi