"Fənərbaxça"nın sabiq baş məşqçisi İsmail Kartal İranda çalışacaq.
Sportal.az xəbər verir ki, türk mütəxəssis "Persepolis"lə anlaşıb. Bu barədə İran mətbuatı məlumat yayıb.
63 yaşlı məşqçi Tehrana gedib yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, İsmail Kartal ötən mövsüm "Fənərbaxça"nı çalışdırıb. İstanbul təmsilçisi onun rəhbərliyi altında 2023/2024 mövsümündə Super Liqanı 99 xalla 2-ci pillədə bitirib. Mövsüm bitdikdən sonra təcrübəli mütəxəssislə yollar ayrılıb.
saytlarin hazirlanmasi