"Mançester Yunayted" aparıcı futbolçularından birini itirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, söhbət Lisandro Martinezdən gedir.
Argentinalı müdafiəçi çarpaz bağının qopması səbəbindən bu mövsüm "Mançester Yunayted"ə kömək edə bilməyəcək. O, mövsümün sonuna qədər sıradan çıxıb.
Martines İngiltərə çempionatının 24-cü turunun "Kristal Pelas"la oyununda (0:2) zədələnib.
Lisandro həmin matçın 82-ci dəqiqəsində əvəzlənib. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi