PSJ-dən baş məşqçi və 3 futbolçu ilə bağlı vacib qərar

11:56 - 8 Fevral 2025

Fransanın PSJ klubunda yeni müqavilələr qeydə alınıb.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi baş məşqçi Luis Enrikenin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssis 2027-ci ilin yayına kimi Liqa 1 nəhəngini çalışdıracaq.

PSJ 3 aparıcı futbolçusunu da komandada saxlamağı bacarıb. Əşrəf Hakimi, Vitinya və Nunu Mendeşlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Xəbər xətti