"Qalatasaray" Belçikadan müdafiəçi gətirir

16:09 - 6 Fevral 2025

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Genk"də çıxış edən Karlos Kuestanın keçidini həll etmək üzrədir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray" kolumbiyalı mərkəz müdafiəçisinin transferi üçün Belçika klubu ilə anlaşıb. "Sarı-qırmızılar" 25 yaşlı futbolçu üçün onun klubuna 6 milyon avro təzminat ödəyəcək. Futbolçunun özü ilə 3,5 illik müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, "Genk" Karlos Kuestanı 2019-cu ilin yayında ölkəsinin "Nasyonal" klubundan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm "mavi-ağlar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti