Vasili Berezutski: "Limit dünyanın heç bir ölkəsinə xeyir verməyib"

21:12 - 5 Fevral 2025

"Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski ölkə kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la(0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- "Sabah" heyətindəki futbolçuların maaşına görə ilk üçlükdə ola biləcək komandadır. Buna baxmayaraq, 5-ci pillədəsiz. Bu gün də "Sumqayıt"ı məğlub edə bilmədiniz. Özünüz də demisiz ki,prioritet ölkə kubokudur. Bu cür imkanlara sahib komanda sona 15 tur qalmasına baxmayaraq, gözünü kuboka dikməsi nə qədər düzgündür?

Sadəcə kubok oyununa deyil, çempionat matçına da köklənirik. Çünki qarşıda oyunlarımız var. Bizim məqsədimiz hər bir oyunda qalib gəlməkdir. 

- AFFA İcraiyyə Komitəsi yeni sezon Premyer Liqada legioner limitini ləğv etdi. Bu məsələyə münasibətiniz necədir?

- Limit dünyanın heç bir ölkəsinə xeyir gətirməyib. Amma yenə də öz qərarınızdır. Mən limitə qarşıyam. Fikrimcə, limitin heç bir faydası da yoxdur.

- "Sumqayıt"la matçda Xəyal Əliyevə şans verdiniz. Bundan sonra da onu meydanda görə bilərik?

O, demək olar ki, hər zaman meydanaya çıxır. Bundan əvvəlki matçda da oynayıb. Əksinə, Xəyal Əliyevin hansısa matçda oynamamasını xatırlamıram. Xəyalı bəyənirəm. Perspektivli futbolçudur. Böyük gələcəyi var. Azərbaycan futbolunda bu cür gənclərə şans tanımaq lazımdır. Çünki onlar inkişaf edəcəklər.

Mirbağırağa

Xəbər xətti