"Çelsi" onu icarəyə göndərdi

09:22 - 5 Fevral 2025

"Çelsi" Aksel Disasini icarəyə göndərib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı müdafiəçi mövsümün sonuna kimi "Aston Villa"nın formasını geyinəcək. 

"Aston Villa" onun üçün London klubuna 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Disasi bu mövsüm "zadəganlar"ın heyətində cəmi 17 matçda meydana çıxıb, 2 qol, 2 assistlə oynayıb.

Xəbər xətti