“Qarabağ”ın daha bir futbolçusu xarici klubların maraq dairəsindədir.
Sportal.az "Futbolinfo"ya istinadən xəbər verir ki, müdafiəçi Kevin Medina da tezliklə komandanı tərk edə bilər. Juninyo Olavionu Braziliya klubu “Flamenqo”ya satan, Yassin Benzianı isə Qətər təmsilçisi “Umm-Salal”a göndərməyə hazırlaşan Ağdam təmsilçisinin kolumbiyalı müdafiəçi ilə yollarını ayırması da istisna deyil.
Bir neçə sərfəli təklifi olan 31 yaşlı mərkəz müdafiəçisi özü də ayrılmaqda maraqlıdır. Medinanın “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Kolumbiyalı arxa xətt oyunçusu yeni sözləşməyə razılıq verməsə, ağdamlılar onu satmalı olacaq.
Çünki əks təqdirdə Medina yayda azad agent kimi komandanı tərk edəcək. Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.
saytlarin hazirlanmasi