"Sumqayıt"ın yollarını ayırdığı Nikola Vuynoviç ölkəmizi tərk edən kimi özünə komanda tapıb.
Sportal.az xəbər verir ki, monteneqrolu forvard Albaniyada oynayacaq.
Belə ki, "Sumqayıt"ın keçmiş hücumçusu "Partizani" ilə müqavilə imzalayıb.
O, 2026-cı il iyunun 30-na qədər Albaniyanın tanınmış klubunun formasını geyinəcək.
saytlarin hazirlanmasi