"Lans"ın müdafiəçisi Kevin Danso karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Tottenhem" avstriyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Danso üçün "Lans"a 25 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Tottenhem"lə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Lans" Kevin Dansonu 2021-ci ilin avqust ayında "Auqsburq"dən trnsfer edib. Avstriya millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi