İtaliya millisinin hücumçusu "Benfika"da

18:47 - 4 Fevral 2025

"Komo"nun hücumçusu Andrea Belotti karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Benfika" italiyalı hücumçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin forvardı mövsümün ikinci yarısını Lissabon təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Komo" Andrea Belottini mövsümün əvvəlində "Roma"dan transfer edib. 31 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi oyunda 2 qol vurub.

Xəbər xətti