Julio Romao yeni klubu ilə müqavilə imzaladı

15:48 - 5 Fevral 2025

"Qarabağ"dan ayrılan Julio Romaonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Julio Romao 2022-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Xəbər xətti