"Qarabağ" braziliyalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

15:25 - 5 Fevral 2025

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Xəbər xətti