"Sabah" və "Qəbələ" klublarının sabiq müdafiəçisi Zurab Oçiqava "bayquşlar"ın heyətində keçirdiyi dönəmi ön plana çıxarıb.
Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan gürcüəsilli ukraynalı legioner həyatındakı ən yaxşı dönəminin “Sabah”da keçdiyini bildirib:
"Sabah"dakı karyeram şübhəsiz ki, legioner həyatımın ən yaxşı dövrü idi. Bu klub mənə çox şey verdi, buna görə çox minnətdaram. Hansı futbolçularla əlaqə saxlayıram? Bakı təcrübəsi mənə Kulaç və Nureyevlə yaxşı münasibət bəxş etdi".
Oçiqava 2021-2023-cü illərdə "Sabah"ın formasını geyinib. Ötən mövsüm isə müdafiəçi "Qəbələ"nin uğurları üçün çalışırdı. O, karyerası ərzində "İlyiçevets", "Dinamo"(Kiyev), "Olimpik"(Donetks), "Dnipro-1", "Vorskla", "Levadiya" komandalarının futbolçusu olub. O, hazırda ABŞ-da məşqçilik edir.
saytlarin hazirlanmasi