"Fənərbaxça"dan İtaliya klubuna

14:46 - 6 Fevral 2025

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder yenidən ölkə xaricinə yollanmağı planlaşdırır.

Sportal.az “Akşam”a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində İtaliya klubları maraqlıdır. Onlardan biri “Bolonya”dır.

A seriyası təmsilçisi Ünder üçün “Fənərbaxça” ilə danışıqlara start verib. 

Türkiyə millisinin üzvü “Altınordu”, “Başakşehir”, “Roma”, “Lester”, “Marsel” klublarında oynadıqdan sonra 2023-cü ildə “Fənərbaxça”ya keçmişdi.
 

Xəbər xətti