Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Vulverhempton"da çıxış edən Mario Leminanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qabonlu yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gəlib.
Qeyd edək ki, Mario Lemina 2023-cü ilin yayından "Vulverhempton"da çıxış edirdi. 31 yaşlı futbolçu 2019/2020 mövsümündə icarə əsasında "Qalatasaray"ın formasını geyinib.
saytlarin hazirlanmasi