Millimizin forvardı Türkiyə klubunun əsas heyətindən uzaqlaşdırıldı

19:22 - 5 Fevral 2025

Türkiyənin "Ankaragücü" klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov komandanın əsas heyətindən çıxarılıb.

Sportal.az xəbər verir ki, klub onun haqda belə qərar versə də, səbəbləri açıqlanmır. 

Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan millisinin hücumçusu “Ankaragücü”nün “Tandoğan” adlanan bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandadan ayrı məşq edir.

Xatırladaq ki, Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna kimidir.
 

Xəbər xətti