“Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsinsən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis Birinci Liqada 13-cü turun "Difai" ilə matçı haqda fikirlərini bölüşüb. O, komandasının 1:0 hesablı qələbəni şərh edib:
"Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə, çox keyfiyyətlidirlər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq”.
"Qəbələ" 33 xalla liderdir.
saytlarin hazirlanmasi