Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz Belçikanın qonağı olub.
Basketbolçularımız bu dəfə də böyük hesabla uduzublar.
Qeyd edək ki, millmiz qrupun ilk görüşündə Bakıda da Belçikaya 28:136 hesabı ilə məğlub olmuşdu.
Yığmamız növbəti görüşünü fevralın 9-da Bakıda Polşaya qarşı keçirəcək.
AVRO-2025. Seçmə qrup mərhələsi
C qrupu
Belçika - Azərbaycan 97:24 (27:5, 25:7, 29:4, 16:8)