İtaliya millisinin üzvü Juninyonun komanda yoldaşı olacaq

13:46 - 7 Fevral 2025

İtaliya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Jorginyo Braziliya klubuna keçə bilər.

Sportal.az “Todofichajes”ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Flamenqo” ilə danışıq aparır. "Qarabağ"dan Juninyonu transfer edən "Flamenqo" Jorjinyo üçün hərəkətə keçib.

Tərəflər danışıqlar aparıb və 2025-ci ilin yayında transferlə bağlı ilkin razılığa gəliblər. Çünki yarımmüdafiəçinin müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Bu mövsüm Jorjinyo Premyer Liqada 10 oyun keçirib və qol vurmayıb. Jorjinyo “Verona”, “Sambonifasese”, “Napoli” və “Çelsi”də oynadıqdan sonra iki il öncə “Arsenal”a keçib.
 

Xəbər xətti