Premyer Liqada yanvar ayının ən yaxşısı açıqlandı

20:53 - 7 Fevral 2025

İngiltərə Premyer Liqasında 2025-ci ilin ilk ayının ən yaxşı oyunçusu məlum olub.

Sportal.az xəbər verir ki, "Bornmut"da çıxış edən Castin Klüyvert yanvar ayının ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Niderlandlı vinger İngiltərə çempionatında ötən ay meydana çıxdığı 4 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti