İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Pau Kubarsinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü 2029-cu ilin yayına kimi "Barselona"ya məxsus olacaq.
Qeyd edək ki, Pau Kubarsi "Barselona"nın yetirməsidir. 18 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi