"Olimpiakos"un yarımmüdafiəçisi Serjiu Oliveyra karyerasını Braziliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu "Sport Resifi" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Oliveyra A Seriyası təmsilçisi ilə razılıq əldə edib. Keçidin yaxın zamanda yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Serjiu Oliveyra mövsümün əvvəlində "Qalatasaray"dan "Olimpiakos"a keçib. Portuqaliya millisinin sabiq üzvü olan 32 yaşlı yarımmüdafiəçi Yunanıstan klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi