Ukraynanın “Çernomorets” (Odessa) klubunun baş məşqçisi Aleksandr Babiç komandaya yeni gələnlər haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Ukrayna klubunun rəsmi saytına danışan Babiç Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev barədə də fikirlərini söyləyib:
"Mustafayev və Bezborodkonun hər ikisi əsl peşəkardır. Onlar təlim-məşq toplanışına gələndən sonra söhbət etdik, məni eşitdilər. Emil Mustafayev çox yaradıcı oyunçudur, məncə bunu hamı bilir. Sadəcə, bu futbolçuları optimal funksional vəziyyətə gətirmək lazım idi, biz bunu etdik. Əminəm ki, hər ikisi bizə kömək edəcək".
Xatırladaq ki, Mustafayev qış "transfer pəncərəsi"ndə "Polessye"dən "Çernomorets"ə mövsümün sonuna qədər icarəyə yollanıb.