AVRO-2026-nın əsas mərhələsinin qrup oyununda Yunanıstanla qarşılaşan Azərbaycan millisi sona 4 saniyə qalmış vurulan qolla məğlub olub.
Sportal.az xəbər verir ki, Afinada bütün göstəricilərdə rəqibini qabaqlayan komandamızın təcrübəli üzvü Tofiq Mikayılov azfutzal.az-a matçı dəyərləndirib:
"Yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik. Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib demək olar, hər səhvdən faydalandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik.
Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində aktivinə yazdırırsan. Yəni biri var, pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız yekunlaşdırdıq.
Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qəbələ qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda “bişirlər".
saytlarin hazirlanmasi