Benzia qalsa, Patrik Andrade "Qarabağ"dan gedə bilər - iki müqavilə arasında bağlantı

13:54 - 13 Mart 2025

Qurban Qurbanov artıq indidən yeni mövsümün hazırlıqlarını aparır. Mövqelər üzrə futbolçu axtarışları davam etdirilir, müqaviləsi bitənlərlə danışıqlar aparılır. 

Mövsümün sonunda müqaviləsi sona çatanlar arasında Yassin Benzia və Patrik Andrade də var. Heç biri hələ ki müqaviləsini yeniləməyib. 

İdman jurnalisti Ceyhun Rzayev belə bir iddia irəli sürüb ki, Benzia qalsa, Patrik "Qarabağ"ı tərk eləyə bilər. ATV-də yayımlanan "Futbolumuz" verilişində aparılan müzakirələrdə buna səbəb olan durumdan danışılıb. Sportal.az saytının təqdim etdiyi videoda bu iki müqavilə arasındakı bağlantının təfərrüatlarına toxunulub. 

Xəbər xətti