"Real"ın futbolçusu Kilian Mbappe keçmiş klubu PSJ-nin prezidenti Əl-Xelayfi haqqında maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, fransalı futbolçu Əl-Xelayfi ilə əl sıxmağa hazırdır:
"Parisdə yeddi il oynadım və orada möhtəşəm anlar yaşadım. Mən yalnız neqativə fokuslanan insan deyiləm. Həm peşəkar, həm də şəxsi həyatda mənə verilənlərə görə minnətdar olmağı bacarıram. Əlbəttə ki, əgər "PSJ" və "Real" bir-birinə qarşı oynasa, mən onunla əl sıxaram. Və elə düşünməyin ki, əl sıxmazdan əvvəl ovucuma tüpürəcəm."
Qeyd edək ki, "PSJ" və "Real" Çempionlar Liqasının yarımfinalında qarşılaşa bilər. Bunun üçün Paris klubu 1/4 finalda "Aston Villa"nı, Madrid klubu isə "Arsenal"ı keçməlidir.
saytlarin hazirlanmasi