"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd-Çemberleyn karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis futbolçu “Əl-Şabab”a keçməyə yaxındır. Ərəb klubunun baş məşqçisi Fatih Terim təcrübəli futbolçunu sərəncamında görmək niyyətindədir.
Mövsümün sonunda “Beşiktaş”dan ayrılacağı dəqiqləşən Çamberleyn “Əl-Şabab”ın təklifini dəyərləndirəcək. 31 yaşlı futbolçu 2023-cü il avqustun 12-dən “Beşiktaş”da oynayır. Onun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Aleks Oksleyd-Çemberleyn karyerası ərzində “Southempton”, “Arsenal” və “Liverpul”da oynayıb.