İngiltərə millisinin üzvü "Milan"a keçə bilər

17:53 - 20 Mart 2025

"Çelsi"nin futbolçusu Noni Madueke karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madueke İtaliya klubunun yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. "Milan" 23 yaşlı ön xətt oyunçusu üçün London klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti