"Spartak"ın hücumçusu PSJ-yə keçə bilər

20:27 - 26 Mart 2025

"Spartak"ın hücumçusu Manfred Uqalde karyerasını Fransa çempionatında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ kosta rikalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Parislilər Uqalde üçün yayda Rusiya klubuna təklif göndərməyi planlaşdırır. 22 yaşlı forvardla "Monako" da maraqlanır.

Qeyd edək ki, "Spartak" Manfred Uqaldeni ötən ilin yanvar ayında "Tvente"dən transfer edib. Kosta Rika millisinin üzvü bu mövsüm Moskva təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti