Belçikalı "Mançester Siti"də qalmaq istəyir

10:56 - 28 Mart 2025

Kevin De Bruyne “Mançester Siti”də qala bilər.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, yayda “şəhərlilər”i tərk edəcəyi gözlənilən belçikalı MLS klublarından imtina edib.

O, Mançester təmsilçisindən gələn təklifi dəyərləndirəcək.

De Bruynenin “Mançester Siti” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 33 yaşlı futbolçu “Genk”, “Çelsi”, “Verder”(Bremen), “Volfsburq” klublarında oynadıqdan sonra 2015-ci ildə “Mançester Siti”də oynayır.

Xəbər xətti